Xamenei Laricanini öz nümayəndəsi təyin etdi

Baş səhifə

Bakı. Trend:

İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei Ali Milli
Təhlükəsizlik Şurasının katibi Əli Laricanini qeyd olunan şurada öz
nümayəndəsi olaraq təyin edib.

Bu barədə Trend
İran KİV-ə istinadən məlumat verib.




Məlumata görə, bu təyinat İran Konstitusiyasının 176-cı
maddəsinə əsasən gerçəkləşib.

Qeyd edək ki, İranın Ali Liderinin müşaviri və sabiq parlament
sədri Əli Laricani 5 avqustda İran prezidenti Məsud Pezeşkian
tərəfindən İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin
olunub.