Harvard alimləri Alzheimer xəstəliyinin səbəbini tapıblar

Baş səhifə

Bakı. Trend:

Harvard Universitetinin alimləri müəyyən ediblər ki, Alzheimer
xəstəliyindən əziyyət çəkən insanların beynindəki litium səviyyəsi
əhəmiyyətli dərəcədə aşağıdır. Tədqiqat göstərir ki, bu maddənin
bədəndə bərpa olunması idrak funksiyalarının yaxşılaşmasına kömək
edə bilər.

Trend xəbər verir
ki, elmi araşdırmanın nəticələri “Nature” jurnalında dərc
olunub.

Tədqiqat çərçivəsində alimlər 285 nəfər mərhumun beynində 27
metalın miqdarını analiz ediblər. Onlardan 94-də Alzheimer
xəstəliyi diaqnozu qoyulmuşdu, 58 nəfərdə isə yüngül idrak
pozuntuları müşahidə olunmuşdu.




Qalan şəxslərdə ölüm zamanı demensiyaya dair heç bir əlamət
qeydə alınmayıb. Məlum olub ki, Alzheimer xəstəliyi olan insanlarda
beynin prefrontal qabığında litium səviyyəsi sağlam insanlarla
müqayisədə orta hesabla 36% aşağıdır. Yüngül idrak pozuntuları olan
şəxslərdə isə bu göstərici təxminən 23% təşkil edir.

Litium çatışmazlığının davranışa necə təsir etdiyini yoxlamaq
üçün alimlər Alzheimer simptomları olan genetik modifikasiyalı
siçanlar üzərində eksperiment aparıblar. Onların rasionundakı
litium miqdarının 92% azaldılması yaddaşın zəifləməsinə və
beyindəki amiloid lövhəciklərinin sayının nəzarət qrupuna nisbətən
təxminən 2,5 dəfə artmasına səbəb olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir