Podolyak: Avropalılar Rusiyanın müharibəni dondurub, Avropada təxribatlarının sayının artırmasına hazırdırlarmı?

Baş səhifə

Əgər Ukrayna hərbi resurslara, hücum alətlərinə, raketlərə məhdudiyyətsiz çıxışa malik olsa, yaxud öz dron istehsalına, uzaqmənzilli dronlara daha çox investisiya qoysa və Rusiya ərazisində müharibə 20 dəfəyə qədər genişlənə bilər.

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.

Onun fikrincə, belə olan halda Rusiyada hərbi infrastruktur daha sürətlə dağılar, tamamilə fərqli bir mənzərə yarana bilər:

“Problem, ondadır ki, Rusiya münaqişənin dondurulmasını istəmir, uzatmaq istəyir. Mənim Qərbi Avropa ölkələri siyasətçilərinə başqa sualım var. Onlar Avropa istiqamətində daimi müharibə vəziyyətində yaşamağa hazırdırlarmı? Yəni bu gün Rusiya Ukraynaya hücum edir, sonra isə məsələn, siyasi texnologiyalar vasitəsilə payızda parlament seçkilərində seçki prosesinə müdaxilə etməyə çalışacaq. Biri gün o, Baltik ölkələrinə hücum edəcək. Soruşuram, Avropa buna hazırdırmı? Avropa ərazisində təxribatların sayı və miqyası daha da artacaqsa, bu ölkələrdə daxili siyasi proseslərə müdaxilə artacaqsa, Avropa buna hazırdırsa o zaman bəli münaqişə burada dona bilər”- deyə, o, əlavə edib.

Spread the love
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir