İngiltərə bankı uçot dərəcəsi ilə bağlı vacib qərar çıxarıb

Baş səhifə

Bakı. Trend:

Britaniyada İngiltərə Bankı (Bank of England) əsas uçot
dərəcəsini cümə axşamı 0,25 faiz bəndi azaldaraq 4%-ə endirib.

Trend xəbər verir
ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, bu faiz endirimi, ötən ilin avqust ayından bəri
Bankın etdiyi beşinci azalmadır. Həmin vaxt siyasətçilər borclanma
xərclərini son 16 ilin ən yüksək göstəricisi olan 5,25%-dən
endirməyə başlamışdılar. İpotekalar, eləcə də istehlakçı və biznes
kreditləri üçün göstərici sayılan Bankın əsas faiz dərəcəsi hazırda
2023-cü ilin mart ayından bəri ən aşağı səviyyədədir.




Britaniyanın maliyyə tənzimləyicisinin bu addımı, iqtisadi
artımın zəiflədiyi bir vaxtda iqtisadiyyatı canlandırmaq məqsədi
daşıyır.

Bu qərar maliyyə bazarlarında geniş şəkildə gözlənilirdi, çünki
Bankın Pul Siyasəti Komitəsi inflyasiyaya nəzarət vəzifəsini yerinə
yetirməklə yanaşı, artan vergilər və ABŞ Prezidenti Donald Trampın
qlobal “ticarət müharibəsinin” iqtisadi artımı ləngidə biləcəyindən
narahatdır.

Spread the love