İlin ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb

Baş səhifə

“France Footbal” nəşri kişi futbolunda 2025-ci ilin ən yaxşı baş məşqçisi adına namizədləri açıqlayıb.

“Report” xəbər verir ki, siyahıda beş mütəxəssis yer alıb.

Bunlar İtaliyanın “Napoli” komandasından Antonio Konte, Fransa təmsilçisi PSJ-dən Luis Enrike, İspaniyanın “Barselona” klubundan Hans-Diter Flik, İngiltərənin “Çelsi” komandasından Entso Mareska və “Liverpul”dan Arne Slotdur.

Qeyd edək ki, qalib sentyabrın 22-də açıqlanacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir