
Bakı. Trend:
Somalinin mərkəzi bölgəsində yerləşən Maxas dairəsində gedən
intensiv döyüşlərlə əlaqədar 22 mindən çox insan, o cümlədən 11
mindən çox uşaq yaşadıqları evləri tərk etmək məcburiyyətində
qalıb.
Trend xəbər verir
ki, bunu BMT-nin humanitar məsələlərin əlaqələndirilməsi üzrə
“Reliefweb” idarəsinin informasiya xidməti “Uşaqları xilas edin”
beynəlxalq təşkilatına istinadən məlumat yayıb.
“Mərkəzi Somalidə yerləşən Maxas şəhərində 22 mindən çox insan,
o cümlədən 11 mindən çox uşaq intensiv döyüş əməliyyatları
nəticəsində köçkünə çevrilib”, – deyə məlumatda bildirilir.
İdarədən əlavə edilib ki, son iki ay ərzində Hiraan bölgəsində
yerli silahlı dəstələr, hökumət qüvvələri və qeyri-dövlət silahlı
qrupları arasında toqquşmalar daha da şiddətlənib, əsas eskalasiya
isə iyulun 27-də baş verib.