Avropa Komissiyasının rəhbəri Zelenski ilə Ukraynanın Aİ-yə üzvlük məsələsini müzakirə edib

Baş səhifə

Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Ukrayna prezidenti Volodimir Zelenski ilə Ukraynanın gələcəkdə Avropa İttifaqına üzv olmasını müzakirə edib.

APA xəbər verir ki, bu barədə Avropa Komissiyas prezidenti “X” hesabında məlumat paylaşıb.

Onun sözlərinə görə, Ukraynanın təşkilata üzvlüyündən əlavə, sülh razılaşması və Ukraynanın yenidənqurulması ətrafında söhbət aparılıb.

Ursula von der Leyen Avropanın Kiyevə tam dəstəyini ifadə edib və sülhün bərqərar olunması üçün aktiv rol oynamağa davam edəcəyini vurğulayıb.

Spread the love
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir