BP-nin Azərbaycandakı yerli işçi sayı artıb

Baş səhifə

Bu ilin iyun ayının sonuna “BP-Azerbaijan” şirkətində çalışan Azərbaycan vətəndaşlarının sayı 2 395 nəfərə çatıb və bu rəqəmə müddətli müqavilə əsasında çalışan işçilər də daxildir.

Bu barədə “Report” “BP-Azerbaijan” şirkətinin bu ilin ilk yarımili üzrə biznesə dair yaydığı məlumata istinadən xəbər verir.

Yerli işçilərin sayı 2024-cü ilin birinci yarısı ilə müqayisədə 9 nəfər və ya 0,4 % artıb. Həmin dövrdə bu göstərici 2 386 nəfər təşkil edirdi.

Şirkət bildirir ki, 2018-ci ilin ortalarından etibarən BP-nin ixtisaslı işçi heyətinin 90 %-i, ixtisassız heyətin isə 100 %-i yerli kadrlardan ibarətdir.

BP gələcəkdə də təlim və inkişaf proqramlarını optimallaşdıraraq, yüksək ixtisaslı yerli kadrların hazırlanmasına töhfə vermək məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində fəal iştirakını davam etdirəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir