
Bakı. Trend:
Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Ukrayna
prezidenti Volodimir Zelenski ilə Ukraynada sülhə doğru atılacaq
addımları və Kiyevin Avropa İttifaqına “gələcək üzvlüyü” məsələsini
müzakirə edib.
Trend xəbər verir
ki, bu barədə AK rəhbəri “X” sosial şəbəkəsində paylaşım edib.
“Biz danışıqlar yolu ilə sülh sazişinin bağlanmasına aparan
növbəti addımları, Ukraynanın Avropa İttifaqına gələcək üzvlüyünü
və ölkənin bərpasını müzakirə etdik”, – o bildirib.
Ursula fon der Lyayenin sözlərinə görə, Avropa “ədalətli və
dayanıqlı sülhün təmin olunmasında fəal rol oynamağa” davam
edəcək.