Alvaro Morata “Qalatasaray”dan ayrılacaq

Baş səhifə

İcarə əsasında Türkiyə təmsilçisi “Qalatasaray”da çıxış edən Alvaro Morata klubdan ayrılmağa yaxındır.

“Report” xəbər verir ki, bu barədə “TRT Spor” məlumat yayıb.

Müqavilə əsasında “Milan”a (İtaliya) məxsus olan ispaniyalı forvardın icarə sözləşməsinə xitam verilməsi ilə bağlı razılıq əldə olunub.

32 yaşlı hücumçunun karyerasını yenidən İtaliyada davam etdirməsi gözlənilir. Onun yaxın günlərdə “Komo”ya transferi gözlənilir.

Qeyd edək ki, A.Morata 2025-ci ildə “Qalatasaray”a keçib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir