Avropanın 10 mindən çox hoteli bu saytı məhkəməyə verir

Baş səhifə

Bakı. Trend:

Avropanın 10 mindən çox otelinin rəhbərliyi turizm sektorunda
qlobal səviyyədə populyar olan “Booking.com” saytını məhkəməyə
verməyə hazırlaşır.

Trend xəbər verir
ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

İddiaya əsasən, “Booking.com” öz nüfuzundan istifadə edərək 20
il ərzində bazar trendlərini öz xeyrinə dəyişməkdə ittiham
olunur.

Avropa İttifaqı daxilində sektoru təmsil edən və məhkəmə
prosesini başladan Avropa Mehmanxanalar, Restoranlar və Kafelər
Assosiasiyası (Hotrec), artan maraq səbəbilə otel sahiblərinin
iddiaya qoşulması üçün son tarixi 29 avqusta qədər uzadıb.




Avropa qonaqpərvərlik sektorunda indiyə qədər irəli sürülmüş ən
böyük kollektiv iddialardan biri sayılan bu prosesə, Böyük
Britaniyanın da daxil olduğu 30 milli mehmanxana assosiasiyası
dəstək verir.

“Booking.com”un qanunsuz “ən yaxşı qiymət” şərtlərindən istifadə
etməsi nəticəsində maliyyə itkilərinə məruz qalan otellər artıq
Avropa üzrə bu təzminat təşəbbüsünə qoşulub, onların sayı 10 mini
keçib,” – “Hotrec”in bəyanatında qeyd olunur.

İddiada bildirilir ki, “Booking.com”un tətbiq etdiyi “ən yaxşı
qiymət” öhdəliyi otellərə güclü təzyiqlərlə qəbul etdirilib və bu,
onların digər platformalarda, o cümlədən öz rəsmi saytlarında daha
aşağı qiymət təklif etməsinin qarşısını alıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir