Hakerlər “Air France” şirkətinin bazasından müştərilərin məlumatlarını oğurlayıb

Baş səhifə

Bakı. Trend:

“Air France” və KLM hava yolları şirkətləri müştərilər xidmət
üçün nəzərdə tutulan platformalarının kiberhücuma məruz qaldığını
və nəticədə virtual dələduzların naməlum sayda müştərinin
məlumatlarına çıxış əldə etdiklərini bəyan ediblər.

Trend xəbər verir
ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.




Hər iki aviaşirkət vurğulayıb ki, hadisə aşkarlandıqdan dərhal
sonra hakerlərin hücuma məruz qalmış sistemlərə çıxışını
məhdudlaşdırmaq üçün tədbirlər görülüb. Aviaşirkətlərin daxili
şəbəkələrinin kiberhücumdan zərər görmədiyi qeyd olunur.

Aviaşirkətlərin nümayəndələri müştərilərin maliyyə və şəxsi
məlumatlarının təhlükəsizlikdə olduğunu təsdiqləyiblər.
Aviaşirkətlər həmçinin, hadisə barədə öz ölkələrinin müvafiq
qurumlarını məlumatlandırıb və hazırda məlumatları oğurlanmış
müştəriləri bu barədə xəbərdar ediblər.