“Omoniya”nın baş məşqçisi: “Nəticədən razı qaldım”

Baş səhifə

“Omoniya”nın baş məşqçisi Bakıdakı oyunun nəticəsindən razı qalıb.

“Report”un məlumatına görə, bunu Kiprin “Omoniya” komandasının baş məşqçisi Henninq Berq “Araz-Naxçıvan”a dörd cavabsız qolla qalib gəldikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis dörd qol vurduqları üçün sevindiklərini söyləyib:

“Qapımızda top görmədik. Evdə növbəti matça çıxmalı və işimisi tamamlamalıyıq. Nəticədən razı qaldım”.

O, ot örtüyünün keyfiyyətinin yaxşı olmadığını söyləyib:

“Burada oynamaq çətin idi. Lakin yaxşı qollar vurduq. Oyunçuların çıxışından razı qaldım”.

Henninq Berq daha əvvəl avrokuboklarda “Qarabağ”la da qarşılaşdıqlarını xatırladıb:

“Qarabağ” həmin vaxt daha təcrübəli kollektiv idi. “Arax-Naxçıvan” isə yeni qurulan kolleltivdir. Bugünkü rəqibimiz əvvəlki mərhələdə çox yaxşı çıxış etmişdi. Biz bu nəticəni də asanlıqla əldə etmədik”.

Qeyd edək ki, tərəflər arasındakı cavab görüşü avqustun 14-də olacaq.