“Araz-Naxçıvan”ın baş məşqçisi: “Omoniya” ilə oyun bizim üçün ağır alındı”

Baş səhifə

“Omoniya” ilə oyun “Araz-Naxçıvan” üçün ağır alınıb.

“Report”un məlumatına görə, bunu komandanın baş məşqçisi Elmar Baxşıyev Bakıda Kipr təmsilçisinə dörd cavabsız qolla uduzduqları UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəsisin sözlərinə görə, belə matçlarda səhvlər nəticəsiz qalmır:

“Ağır matç alındı. Qarşımızdakı rəqibin təcrübəli olduğunu bilirdik”.

Qeyd edək ki, tərəflər arasındakı cavab görüşü avqustun 14-də olacaq.