
Bakı. Trend:
Amerikanın OpenAI şirkətinin məşhur ChatGPT çatbotu üçün
hazırladığı yeni GPT-5 süni intellekt modeli artıq bütün
istifadəçilər üçün əlçatan olub.
Trend xəbər verir
ki, bu barədə məlumat şirkətin X (keçmiş Twitter) sosial
şəbəkəsindəki rəsmi hesabında paylaşılıb.
“GPT-5 burada. Bu gündən etibarən hər kəs üçün əlçatan olacaq”,
– paylaşımda qeyd olunub.
OpenAI-nin bildirdiyinə görə, yeni model əvvəlki versiyaların ən
yaxşı xüsusiyyətlərini özündə birləşdirir və tədqiqat, təhlil,
proqramlaşdırma və problem həlli sahələrində daha da inkişaf
etdirilib.
Bundan əlavə, istifadəçilərə cavab tonunu seçmək imkanı verilib.
İndi beş fərqli şəxsiyyət rejimi mövcuddur: standart, kinli, robot,
dinləyici və nerd. Şirkət həmçinin səs rejimini təkmilləşdirib,
mesajlar üçün rəng sxemləri əlavə edib və Google poçtu ilə Google
təqvimini birləşdirmək funksiyasını istifadəyə verib.