Tramp: ABŞ-ın Rusiyaya qarşı addımları Putindən asılı olacaq

Baş səhifə

ABŞ-ın Moskvaya qarşı növbəti addımları Rusiya prezidenti Vladimir Putindən asılı olacaq.

APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

Jurnalistlərdən birinin Rusiya və Ukrayna arasında münaqişənin həlli ilə bağlı razılıq əldə etmək üçün verdiyi müddətlə bağlı sualına Tramp belə cavab verib: “Bu, ondan asılı olacaq. Onun nə deyəcəyini görəcəyik, ondan asılı olacaq”.