
Bakı. Trend:
Kamçatka yarımadasının sahillərində 5,0 bal gücündə iki zəlzələ
baş verib.
Trend-in
məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid
Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
 
Bildirilib ki, ilk zəlzələ Petropavlovsk-Kamçatski şəhərindən
223 km məsafədə, 52,7 km dərinlikdə baş verib. İkinci yeraltı təkan
isə şəhərdən 328 km aralıda, 67,7 km dərinlikdə qeydə alınıb.
Zəlzələlərin hissediciliyi barədə məlumat verilməyib. Hadisə ilə
bağlı dağıntı və tələfat barədə də hələlik heç bir məlumat
yoxdur.


 
						 
						