
Bakı. Trend
ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyatlar Sisteminə (FED)
namizəd olaraq Stefan Miranın adını açıqlayıb.
Trend-in
məlumatına görə, Stefan Miran bu vəzifəni 2026-cı il yanvarın
31-dək icra edəcək. O, bundan əvvəl Ağ Evin İqtisadi Məsləhətçilər
Şurasının sədri vəzifəsində çalışıb.
Miranın FED üzvü kimi fəaliyyətə başlaması üçün ABŞ Senatının
təsdiqi tələb olunur.
Qeyd edək ki, FED yeni təyinatla bağlı hər hansı şərh verməkdən
imtina edib. Hazırda qurumun rəhbəri vəzifəsini Cerom Pauvel icra
edir.