
Bakı. Trend:
ABŞ-yə ixrac edilən 1 kiloqramlıq qızıl külçələri ABŞ-nin tətbiq
etdiyi yeni gömrük rüsumları siyahısına daxil edilib və bu,
dünyanın ən böyük qızıl emalı mərkəzi sayılan İsveçrə
iqtisadiyyatına mənfi təsir göstərə bilər.
Trend-in
məlumatına görə, bu barədə “Financial Times” qəzeti xəbər
yayıb.
Jurnalın əldə etdiyi ABŞ Gömrük və Sərhəd Mühafizəsi əmrinə
əsasən, 1 kiloqram və ya 100 unsiya çəkidə olan qızıl külçələri
yeni gömrük kodu ilə təsnif ediləcək və rüsumlara məruz qalacaq.
Bu, əvvəlki sənaye gözləntilərindən fərqlidir.
“Financial Times” qeyd edir ki, bu külçələr dünyanın ən böyük
qızıl fyuçers bazarı olan Comex-də ən çox ticarət olunan formadır
və qızıl İsveçrədən ABŞ-yə ixrac edilən əsas məhsullardan biridir.
Yeni rüsumlar qlobal qiymətli metallar bazarında təlatümlərə səbəb
ola bilər və İsveçrənin qızıl sənayesinə ciddi zərbə vuracaq.
Qeyd edək ki, avqustun 1-də ABŞ Prezidenti Donald Tramp 60-dan
çox ölkə və Avropa İttifaqına 15%-dən 41%-ə qədər müxtəlif rüsumlar
tətbiq edən sərəncam imzalayıb. Bu rüsumlar avqustun 7-də qüvvəyə
minib. Ən yüksək rüsumlar İraq (35%), Serbiya (35%), İsveçrə (39%),
Laos (40%), Myanma (40%) və Suriya (41%) kimi ölkələrə şamil
edilib.
Əvvəllər ABŞ İsveçrədən idxal edilən mallara 31% rüsum tətbiq
etməyi planlaşdırırdı, lakin ticarət danışıqları nəticəsində bu
rüsum 10%-ə endirilmişdi. Yeni qərar isə bu endirimdən sonra daha
sərt addım kimi qiymətləndirilir.