
Bakı. Trend:
“Samsung” şirkəti dörd məşhur “Galaxy” smartfon modeli üçün
proqram təminatı yeniləmələrinin buraxılmasını dayandıracağını
açıqlayıb.
Trend-in “GizmoChina”ya istinadən verdiyi məlumata görə, bu cihazlar artıq
kritik təhlükəsizlik yeniləmələri və səhv düzəlişləri ilə təmin
edilməyəcək. Bu isə istifadəçiləri kibertəhlükələrə və potensial
proqram problemlərinə qarşı daha həssas edəcək.
Yeniləmələri dayandırılan modellərə “Galaxy A22”, “Galaxy F22”, “Galaxy M32” və “Galaxy M42 5G” daxildir. Bu smartfonlar 2021-ci
ildə təqdim olunub və ilkin olaraq iki böyük “Android” əməliyyat
sistemi yeniləməsi və dörd illik təhlükəsizlik yaması dəstəyi vəd
edilmişdi. Son əsas “Android” yeniləmələri – “Android 13” isə
təxminən iki il əvvəl yayımlanmışdı.
Hərçənd bu modellər normal işləməyə davam edəcək, lakin
təhlükəsizlik yamalarının olmaması səbəbindən yeni aşkar edilən
zəifliklərdən qorunmaq mümkün olmayacaq. İstifadəçilərə
məlumatlarının təhlükəsizliyini təmin etmək üçün daha yeni
modellərə keçid etmələri tövsiyə olunur.