Almaniyada kansler Mertsin reytinqi 10 faiz azalıb

Baş səhifə

Bakı. Trend:

Almaniyada ARD televiziyasının apardığı rəy sorğusuna görə,
kansler Fridrix Mertsə dəstək ötən aya nisbətən 10 faiz azalaraq
32%-ə düşüb.

Trend-in “Zeit”
qəzetinə istinadla verdiyi məlumata görə, sorğuda iştirak edənlərin
65%-i kanslerin fəaliyyətindən narazı olduğunu bildirib.
Respondentlərin 26%-i kanslerə güvəndiyini, 66%-sı isə etibar
etmədiyini qeyd edib.

Hökumətin digər üzvlərinin də reytinqləri aşağıdır:

Xarici işlər naziri Yohan Vadefulda – 31%




Maliyyə naziri Lars Klinqbaylda – 30%

Daxili işlər naziri Aleksander Dobrindt və əmək naziri Berbel
Basda – hər biri 26%

Ən populyar siyasətçi 60% dəstəklə müdafiə naziri Boris
Pistorius olub. Onu 38% səslə Bavariyanın baş naziri Markus Söder
izləyir.

Respondentlərin yalnız 29%-i hökumətin fəaliyyətindən razı
olduğunu bildirib ki, bu göstərici ötən ayla müqayisədə 10% azdır.
Hökumətin fəaliyyətindən narazı olanların sayı isə 69%-ə yüksəlmiş,
bu da əvvəlki aya nisbətən 15% çoxdur.