ABŞ ordusu “Tesla Cybertruck”ı hədəf kimi istifadə edəcək

Baş səhifə

Bakı. Trend:

ABŞ Hərbi Hava Qüvvələri Nyu-Meksikodakı Uayt-Sends raket
poliqonunda iki “Tesla Cybertruck” elektrik pikapını
yüksəkdəqiqlikli silahlar üçün hədəf olaraq sınaqdan keçirəcək.

Trend-in
“Electrek” nəşrinə istinadla verdiyi məlumata görə, bu avtomobillər
33 hədəf maşınından ibarət daha geniş sifarişin bir hissəsidir.
Sənədlərdə “Cybertruck” konkret marka və model olaraq göstərilən
yeganə nəqliyyat vasitəsidir.




Qərar ekspertlər tərəfindən ironik addım kimi qiymətləndirilir,
çünki “Tesla”nın rəhbəri İlon Mask “Cybertruck”ı “güllə keçirməz”
və “apokalipsisdən sağ çıxacaq” avtomobil kimi tanıdıb, hətta
Pentaqona onu hərbi istifadəyə təklif edib.

Lakin hərbçilərin məqsədi fərqlidir — sənədlərdə qeyd olunur ki,
pikaplar adi zədələnməyə davamlı olduqları üçün seçilib. Ordu bu
testlərlə döyüş şəraitində belə möhkəm texnikalara qarşı effektiv
zərbə üsullarını sınaqdan keçirməyi planlaşdırır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir