Almaniyada “WhatsApp” izləməsinə məhdudiyyət qoyuldu

Baş səhifə

Bakı. Trend:

Almaniyanın Federal Konstitusiya Məhkəməsi hüquq-mühafizə
orqanlarının “WhatsApp” və digər messencerlərdə yazışmaları
izləməyə imkan verən dövlət troyanlarından istifadəsini qismən
konstitusiyaya zidd hesab edib.

Trend-in xarici
mətbuata istinadla verdiyi xəbərə görə, məhkəmə qərarına əsasən, bu
tip proqramlardan yalnız xüsusilə ağır cinayətlərin araşdırılması
zamanı istifadə edilə bilər. Maksimal üç ilədək həbs cəzası nəzərdə
tutan cinayətlərlə bağlı belə izləməyə icazə verilməyəcək.

Məhkəmə həmçinin müstəntiqlərin şübhəlilərin kompüter və
smartfonlarını gizli şəkildə izləmək səlahiyyətlərini də qismən
qanunsuz sayıb. Bu qərar hüquq müdafiəçilərinin şikayətləri
əsasında qəbul olunub.




“Dövlət troyanı” adlanan bu proqramlar cihaz sahibinin xəbəri
olmadan quraşdırılır və şifrələnmiş mesajların oxunmasına, eləcə də
cihazdakı bütün məlumatların axtarışına imkan verir. 2017-ci ildən
polis bu üsulu “WhatsApp” və “Telegram” kimi messencerlərdəki
yazışmaları izləmək üçün istifadə edə bilirdi.

Statistikaya görə, 2023-cü ildə məxfi onlayn izləmə üçün 104
məhkəmə qərarı çıxarılıb, onlardan 62-si icra olunub. Əksər
hallarda bu tədbirlər cinayətkar təşkilat yaratmaq ittihamı ilə
bağlı olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir