
Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qütb Bölgələri
Koordinasiya Şurasının yaradılması barədə qərar imzalayıb.
Trend-in
məlumatına görə, sənəddə “Milli Qütb Elmləri Strategiyası
(2023–2035)” çərçivəsində hər iki qütb bölgəsində Türkiyənin
beynəlxalq mövqeyinin gücləndirilməsinin vacibliyi vurğulanır.
Yeni şura qütb bölgələrində baş verən prosesləri izləyəcək,
ölkənin həmin ərazilərlə bağlı strategiyasını müəyyənləşdirəcək,
milli tədqiqatların davamlılığını təmin edəcək və onların
istiqamətini müəyyən edəcək.
Şuraya sənaye və texnologiya naziri rəhbərlik edəcək. Tərkibə
ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi, xarici işlər,
energetika və təbii sərvətlər, milli müdafiə, kənd təsərrüfatı və
meşəçilik, ticarət, nəqliyyat və infrastruktur nazirlərinin
müavinləri, həmçinin TÜBİTAK rəhbəri və Qütb Araşdırmaları
İnstitutunun direktoru daxil olacaq.