
Bakı. Trend:
Cənubi Koreyanın “Samsung” korporasiyası “Apple”ın iPhone
modelləri üçün prosessor istehsalına başlayacaq.
Trend-in “Android
Authority” nəşrinə istinadla verdiyi məlumata görə, Amerika şirkəti
bu çipləri Texas ştatının Ostin şəhərində yerləşən “Samsung”
zavodundan alacaq.
İndiyədək “iPhone” üçün prosessorları əsasən Tayvanın TSMC
şirkəti istehsal edirdi. “Samsung” isə Exynos prosessorlarını
yalnız öz cihazları üçün hazırlayır, amma “Apple”a displeylər,
operativ yaddaş modulları və digər mikrosxemlər təchiz edirdi.
Ekspertlərin sözlərinə görə, bu əməkdaşlıq iki texnoloji
nəhəngin iPhone-un əsas komponentlərinin istehsalında ilk birgə
addımı olacaq.

