İtaliya Baş naziri ABŞ, Ukrayna və BƏƏ liderləri ilə danışıb

Baş səhifə

Bakı. Trend:

İtaliyanın Baş naziri Ciorcia Meloni ABŞ Prezidenti Donald
Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski və Birləşmiş Ərəb
Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə
telefon danışıqları aparıb.

Trend-in
məlumatına görə, söhbətlərdə əsas müzakirə mövzusu Ukraynadakı
müharibə olub.




Meloni atəşkəsə nail olmaq üçün davam edən səylərin, Ukraynada
ədalətli və davamlı sülhə aparacaq danışıqlar yolunun və xüsusən
ABŞ-ın son diplomatik təşəbbüslərinin əhəmiyyətini vurğulayıb.

BƏƏ lideri ilə söhbətdə isə Qəzzaya humanitar yardımın
çatdırılması, bölgədəki humanitar böhranın dayandırılması üçün
hərbi əməliyyatların dərhal dayandırılması, girovların azad
edilməsi və yardıma maneəsiz çıxışın vacibliyi qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir