İlin sonuna kimi Gəncədə innovasiya mərkəzi açılacaq

Baş səhifə

Bakı. Trend:

Bu ilin sonunda Gəncədə innovasiya mərkəzi açılacaq.

Trend xəbər verir
ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədir Fərid
Osmanov “Yaşıl və rəqəmsal İpək yolu” adlı beynəlxalq akselerasiya
proqramının açılışı mərasimində etdiyi çıxışda bildirib.




“Bizim hədəfimiz təkcə Bakıda yox, həm də bölgələrdə maddi və
mənəvi planda, o cümlədən, belə akselerasiya proqramlarının
vasitəsilə startap-ekosistemlərinin yaradılmasına dəstək olmaqdır”,
– deyə o bildirib.

F.Osmanov qeyd edib ki, qısa zamanda bu cür klaster Naxçıvan
Dövlət Universitetində də yaradılacaq.