Tusk Rusiyanın Ukraynaya qarşı müharibəsinin “dondurulma”sını mümkün hesab edir

Baş səhifə

Polşanın Baş naziri Donald Tusk Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin müvəqqəti “dondurulma”sının mümkün olduğunu bildirib.

“Report” xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Tusk bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbətindən sonra müharibənin “dondurulma”sının mümkün olduğunu bəyan edib.

Onun sözlərinə görə, söhbət zamanı V.Zelenski “çox ehtiyatlı, lakin nikbin” olub.

“Ukrayna tərəfi Avropanın, o cümlədən Polşanın bu gələcək atəşkəsin, daha sonra isə sülhün formalaşmasında iştirak etməsində çox maraqlıdır. Biz də regionumuzda sülhün bərqərar olmasında çox maraqlıyıq, çünki bu, bizim təhlükəsizliyimizə də çox müsbət təsir göstərəcək”, – baş nazir əlavə edib.

Spread the love