ABŞ vitse-prezidenti tətil və danışıqlar üçün Britaniyaya səfər edib

Baş səhifə

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens yaxın bir neçə gündə ailəsi ilə birlikdə keçirəcəyi tətil üçün Böyük Britaniyaya gəlib.

“Report” BBC-yə istinadən xəbər verir ki, o, Böyük Britaniyanın xarici işlər naziri Devid Lemminin Londondan cənubda yerləşən şəhərkənarı iqamətgahı olan “Çivinq haus”da qalır.

Qeyd olunur ki, siyasətçilər əvvəlcə balıq tutmağa gediblər. Daha sonra onlar Ukrayna, Qəzza zolağındakı münaqişə və ticarətlə bağlı qeyri-rəsmi danışıqlar aparacaqlar.