Aİ Şurası Ukraynaya 3,2 milyard avroluq makromaliyyə yardımının ayrılmasını təsdiqləyib

Baş səhifə

Avropa İttifaqı (Aİ) Şurası Avropa Ukraynaya Dəstək Fondundan adıçəkilən ölkəyə 3,2 milyard avro makromaliyyə yardımının ayrılmasını təsdiqləyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının cümə günü dərc olunmuş bəyanatında deyilir.

“Aİ Şurası Ukraynaya Dəstək Fondu çərçivəsində dördüncü yardım tranşının verilməsi qərarını təsdiqlədikdən sonra Ukrayna 3,2 milyard avrodan çox maliyyə vəsaiti alacaq”, – sənəddə deyilir.

Vəsaitlərin köçürülmə vaxtı göstərilməyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir