
Bakı. Trend:
Kamçatkada Klyuçevskaya Sopka vulkanının püskürməsi nəticəsində
iki kənd külə qərq olub.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, Klyuçi və Ust-Kamçatsk kəndləri vulkandan cəmi
bir neçə onlarla kilometr aralıda yerləşir.
Nəhəng vulkan 12 kilometr uzunluğunda tüstü sütunu buraxıb,
şleyf Komandor adalarına qədər çatıb.
Qeyd edək ki, bir neçə müddətdir Kamçatka yarımadasının
sahillərində ard-arda zəlzələlər qeydə alınır.