
“Turan Tovuz” komandası transfer siyasətində yanılmaq istəmir.
“Report” xəbər verir ki, bunu “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, komandasının Türkiyədə keçirdiyi təlim-məşq toplanışını dəyərləndirib:
“Türkiyədəki təlim-məşq toplanışımız çox səmərəli keçdi. Baxmayaraq ki, hələ komandanı tam komplektləşdirmək olmadı. Çünki etiyimiz transferlərdə yanılmaq istəmirik. Nəzərə alsaq ki, büdcəmiz o qədər də böyük deyil. Bu işdə səhv etmək şansımızı minimuma endirdik. Bununla belə, əlimizdə olan futbolçularla yüksək səviyyədə hazırlıq keçdik”.