“ExxonMobil” Qayanadakı “Yellowtail Field”də istehsala başlayır

Baş səhifə

“ExxonMobil Guyana” Qayanada dənizdə Stabroek blokundakı dördüncü neft yatağı olan “Yellowtail ” ayihəsində plandan dörd ay əvvəl hasilata başlayıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ korporasiyasının mətbuat xidməti məlumat yayıb.

“Yellowtail” “One Guyana FPSO”, “Destiny”, “Unity” və “Prosperity” sistemlərinə qoşularaq Qayananın ümumi quraşdırılmış hasilat gücünü gündə 900 min bareldən çox neftə çatdıracaq”, – məlumatda bildirilib.

“ExxonMobil Guyana” 2030-cu ilə qədər səkkiz yataqda gündəlik 1,7 milyon barel istehsal gücünə çatmağı planlaşdırır.