
Bakı. Trend:
BMT-nin baş katibi Antonio Quterreş xəbərdarlıq edib ki, Qəzza
zolağında vəziyyətin daha da gərginləşməsi əlavə məcburi
köçürmələr, qətllər və geniş dağıntılara səbəb olacaq.
Trend-in
məlumatına görə, onun mövqeyini cümə günü jurnalistlər üçün
keçirilən brifinqdə baş katibin nümayəndəsinin müavini Stefani
Tremble səsləndirib.
“Qəzzada fələstinlilər dəhşətli miqyasda humanitar fəlakət
yaşamaqda davam edirlər. Baş katib xəbərdarlıq edir ki, vəziyyətin
daha gərginləşməsi əlavə məcburi köçürmələr, ölümlərə və geniş
dağıntılara gətirib çıxaracaq, Qəzzada Fələstin əhalisinin
ağlasığmaz iztirablarını daha da pisləşdirəcək”, – deyə o
bildirib.
O əlavə edib ki, baş katib “təcili olaraq daimi atəşkəs, Qəzzaya
maneəsiz humanitar giriş və bütün girovların dərhal və qeyd-şərtsiz
azad edilməsi çağırışını” təkrarlayıb.

