
Bakı. Trend:
Avqustun 8-nə keçən gecə Rusiya “Şahed” pilotsuz uçu aparatları
ilə Ukraynanın Odessa vilayətində yerləşən SOCAR-ın neft bazasına
hücum edib.
Trend-in
məlumatına görə, bu barədə Ukraynadakı hüquq-mühafiə orqanlarındakı
mənbələr bildirib.
Məlumata əsasən, hücum nəticəsində yanğın baş verib və dizel
yanacağı boru xəttinə ziyan dəyib.
Yanğının qarşısı qısa zamanda alınıb. Hücum nəticəsində dörd
əməkdaş ağır yaralanıb və onlara təcili tibbi yardım
göstərilib.
Hazırda dəymiş ziyanın həcmi müəyyənləşdirilir. Təcili bərpa
işləri aparılır.

