
Bakı. Trend:
Rusiyanın Kabarda-Balkar Respublikasının Nalçik şəhərində kanat
yolunun qırılması nəticəsində 8 nəfər xəsarət alıb.
Trend-in
məlumatına görə, bu barədə respublikanın Səhiyyə Nazirliyi xəbər
verib.
“Nalçik şəhərində kanat yolunun qırılması nəticəsində daha iki
xəsarət alan şəxs Respublika Klinik Xəstəxanasına çatdırılıb.
Ümumilikdə səkkiz nəfər xəsarət alıb”, – deyə bildirilib.
İki nəfərin həkimlər tərəfindən müayinə olunduqdan sonra evə
buraxıldığı bildirilib. Nazirlik əlavə edib ki, bir nəfər
reanimasiyadadır.