
Bakı. Trend:
ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosu “Nvidia”
texnologiya şirkətinə H20 çiplərini Çinə satmaq üçün lisenziya
verib.
Trend-in
məlumatına görə, bu barədə “Financial Times” qəzeti mənbələrə
istinadən xəbər verib.
Məlumata əsasən, lisenziyanın verilməsi ilə bağlı qərar çərşənbə
günü “Nvidia”nın baş direktoru Censen Huanq ilə ABŞ prezidenti
Donald Tramp arasında Oval Ofisdə keçirilən görüşdən sonra qəbul
edilib.
Nvidia bu çip modelini xüsusi olaraq Çin bazarı üçün yaradıb ki,
məhsullar ABŞ-ın o zamankı prezidenti Co Baydenin administrasiyası
tərəfindən qoyulmuş çip ixracı məhdudiyyətlərinin meyarlarına cavab
versin.