Nyu-Yorkun mərkəzində atışma: zərərçəkənlər var

Baş səhifə

Bakı. Trend:

Nyu-Yorkun məşhur Taymz Skver meydanında silahlı insident baş
verib

Trend bu barədə
ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, atışma nəticəsində 3 nəfər yaralanıb.




Nyu-York Polis İdarəsindən bildiriblər ki, 65 və 19 yaşllarında
2 kişi müxtəlif nayihələrindən güllə yarası alıblar, 18 yaşlı qadın
isə boyun nayihəsində yüngül yaralanıb. Silahlı insidentdə əvvəl
iki nəfər arasında mübahisə düşüb.

Atəş açan şəxs hadisə yerində həbs olunub. Zərərçəkənlər Bellevu
xəstəxanasına təxliyə olunublar, onların aldıqları yaraların həyati
təhlükəli olmadığı deyilir.