İranın İraqla sərhədində ölümlə nəticələnən yanğın baş verib

Baş səhifə

Bakı. Trend:

İranın qərbində yerləşən İlam vilayətinin İraqla sərhədi
yaxınlığında Mehran rayonunda İraqa ziyarətə gedən ziyarətçilərə
xidmət göstərmək üçün yolkənarında qurulan çadırda partlayış
nəticəsində güclü yanğın baş verib.

Trend-in
məlumatına görə, bunu İranın Mehran rayonu qubernatorunun müavini
Ruhulla Əhmədian yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, qaz balonunun partlaması nəticəsində bir
qadın ölüb.




Əhmədian bildirib ki, partlayış nəticəsində baş verən yanğın 6
avtomobilin yanmasına səbəb olub.

Rayon rəsmisi qeyd edib ki, hadisə Mehran sərhəd terminalından
15 dəqiqəlik məsafədə yol kənarında baş verib.