
Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş sülh sazişi Qafqaz və dünyanın təhlükəsizliyi üçün mühüm addımdır.
APA xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter deyib.
O Pakistan-Hindistan, İran-İsrail və Azərbaycan-Ermənistan arasında olduğu kimi, Rusiya ilə Ukrayna arasındakı müharibənin də dayandırılacağına ümid etdiyini bildirib.