XİN: Almaniya Ermənistanı və Azərbaycanı davamlı sülh yolunda dəstəkləməyə hazırdır

Baş səhifə

“Ermənistan və Azərbaycan tarixlərində yeni bir fəsil açırlar”.

APA xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful deyib.

O bildirib ki, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda iki tərəfin sülh sazişini paraflaması, uzun illər münaqişə, məcburi köçkünlük və iztirablar yaşamış bir çox Ermənistan və Azərbaycan vətəndaşı üçün ümid mənbəyidir: “Bu gün hər iki hökumətin mürəkkəb məsələləri danışıqlar yolu ilə həll etməyə və çətin kompromislərə getməyə hazır olduqlarını göstərir. Almaniya Ermənistanı və Azərbaycanı davamlı sülh yolunda dəstəkləməyə hazırdır.”

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir