İrandan çıxarılan əfqanların sayı 1 milyon nəfəri keçib

Baş səhifə

Bakı. Trend:

Ötən 100 gün ərzində İrandan 1 milyondan çox Əfqanıstan
vətəndaşı çıxarılıb.

Trend-in
məlumatına görə, bunu Tehran vilayətinin valisi Məhəmməd Sadiq
Motəmedian bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, təkcə Tehran vilayətindən 450 min
Əfqanıstan vətəndaşı öz ölkələrinə geri qaytarılıb.




Tehran valisi bildirib ki, İranın hazırkı hökumətinin
prioritetlərindən biri əcnəbi vətəndaşlarla bağlı normallaşma
prosesini həyata keçirməkdir.

“Ölkədə əcnəbi vətəndaşların 50%-i Tehran vilayətində yaşayır.
Onların müəyyənləşməsi prosesi həyata keçirilib və qeyri-qanuni
şəkildə yaşayan əcnəbi vətəndaşlar normal qaydada Əfqanıstanla
sərhəd bölgələrə nəql olunub və ölkələrinə qaytarılıb”, – deyə o
qeyd edib.