
Almaniya hökuməti silah istehsalı üçün lazım olan Çin resurslarının tədarükünün gecikdirilməsi ilə bağlı narahatlığını bildirib.
“Report” “Bild”ə istinadən xəbər verir ki, bir çox şirkətlər Çinin qlobal istehsalın 90%-ni təşkil etdiyi nadir torpaq metallarının çatışmazlığı səbəbindən hasilatı dayandıra bilər.
Beynəlxalq ticarət eksperti Amir-Said Hassabeh, 2024-cü ilin aprelindən bəri şirkətlərin bu sahə üzrə saysız-hesabsız sorğularını təsdiqləyib: “Təchizat vəziyyəti əhəmiyyətli dərəcədə pisləşəcək. Kiçik və orta biznesin yalnız bir neçə həftəlik tədarükü var”.
O, təxmin edib ki, əlavə gecikmələr şirkətləri xətlərini bağlamağa məcbur edəcək.
Almaniya İqtisadiyyat Nazirliyinin sözçüsü deyib: “Biz Çinin ixrac nəzarəti ilə bağlı riskləri ciddi qəbul edirik”.
Aprel ayında Çin ABŞ-la ticarət mübahisələri fonunda bir neçə nadir torpaq elementinin ixracını məhdudlaşdırıb.