ABŞ-də küçədə atışma baş verib

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Merilend ştatının Baltimor bölgəsində naməlum şəxs
küçəyə toplaşan insanlara atəş açıb.

Trend-in “ABC
News”a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 6 nəfər
yaralanıb.

Atışma şənbə günü yerli vaxtla saat 20:50-də (Bakı vaxtı ilə
bazar günü 04:50) Spouldinq və Kvinsberi prospektlərinin kəsişməsi
yaxınlığında baş verib.




Baltimor polis komissarı Riçard Uorlinin sözlərinə görə,
yaralılar arasında 5 yaşlı qız da var, lakin onun həyatı üçün
təhlükə yoxdur. Yaralılardan biri – 38 yaşlı kişinin vəziyyəti isə
ağırdır.

Hadisə ilə bağlı polis araşdırmaları davam etdirir.