
Bakı. Trend:
Kamçatkada 6 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir
ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti
məlumat yayıb.
Məlumata görə, zəlzələnin ocağı 33 km dərinlikdə yerləşir və
yeraltı təkanlar Petropavlovsk-Kamçatskidən 474 km cənubda qeydə
alınıb.
Hazırda əlavə məlumat verilmir.