
“Qarabağ” klubu dünya reytinqində daha üç pillə geriləyib.
“Report”un məlumatına görə, Azərbaycan çempionu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının tərtib etdiyi cədvəldə 137,25 xalla 134-cü yerdə qərarlaşıb.
“Zirə” (84,75 xal) 42 pillə itirərək 274-cü mövqeyə düşüb.
”Araz-Naxçıvan” (70.25 xal) 76 sıra irəliləyərək 363-cü, “Sabah” (86 xal) 49 pillə artıraraq 264-cü olub.
Qeyd edək ki, 501 klubun olduğu siyahının ilk pilləsində İspaniya təmsilçisi “Real” (520 xal) qərarlaşıb.

