Şimali Makedoniyada yerli seçkilər oktyabrın 19-da keçiriləcək

Baş səhifə

Bakı. Trend:

Şimali Makedoniyada yerli idarəetmə orqanlarına seçkilər
oktyabrın 19-da baş tutacaq.

Trend xəbər verir
ki, bu barədə Şimali Makedoniya Parlament Assambleyasının sədri
Afrim Qaşi qərar imzalayıb.




Qərara əsasən, birinci turda nəticəsiz qalan bələdiyyələrdə
noyabrın 2-də ikinci tur təşkil olunacaq.

Qeyd edək ki, 4 ildən bir keçirilən yerli seçkilərdə seçicilər
81 bələdiyyədə sədr və üzvləri müəyyənləşdirir. Ölkədə sonuncu dəfə
yerli seçkilər 2021-ci il oktyabrın 17-də keçirilib.