
Bakı.Trend:
İtaliyada ilin əvvəlindən iyulun 31-dək ümumilikdə 851 meşə
yanğını baş verib.
Trend xəbər verir
ki, bu barədə ətraf mühitin mühafizəsi ilə məşğul olan
“Legambiente” assosiasiyasının hesabatında bildirilib.
Hesabat dövründə ümumilikdə 56,2 min hektar meşə sahəsi yanıb
ki, bu da 78 min 800 futbol meydançasına bərabərdir. Milli parklar
və mühafizə olunan meşə ərazilərində isə 253 yanğın hadisəsi qeydə
alınıb.
Yanğınlar əsasən ölkənin cənub hissəsindəki Siciliya, Kalabriya,
Apuliya, Basilikata, Kampaniya və Sardiniya regionlarında müşahidə
olunub.
Qeyd edək ki, ötən ilin eyni dövründə İtaliyada 1 515 yanğın
olub, 50 min 802 hektar ərazi yanıb.