“Neftçi” afrikalı futbolçunu azad agent kimi heyətinə qatıb

Baş səhifə

“Neftçi” klubu Fransa təmsilçisi “Monpelye”də çıxış edən Falaye Sakonu azad agent kimi heyətinə qatıb.

“Report” xəbər verir ki, “ağ-qaralar” 30 yaşlı sağ cinah müdafiəçisinin keçidini sosial şəbəkə hesabında açıqlayıb.

Sako “Monpelye” ilə müqaviləsini qarşlıqlı razılıq əsasında ləğv edib.

Mali millisinin üzvünün Bakı təmsilçisindəki sözləşməsinin detalları açıqlanmasa da, onunla iki mövsümlük anlaşma əldə edilib.

Qeyd edək ki, Falaye Sako 2023-cü ildən “Monpelye”nin formasını geyinib. Komanda ötən mövsüm Liqa 1-də 16 xalla sonuncu olub və aşağı liqaya düşüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir