Pakistanın Baş naziri ABŞ-da əldə olunmuş razılaşmaların önəmli olduğunu bildirib

Baş səhifə

Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə zəng edib.

APA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətinin məlumat yayıb.

Telefon söhbəti zamanı Pakistanın Baş naziri Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində imzalanmış sənədlərin, əldə olunmuş razılaşmaların önəmini vurğulayıb və Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Telefon söhbəti əsnasında iqtisadi, enerji, ticari və sərmayələr sahələrində ikitərəfli əlaqələrin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.